Dünya
27-12-2023, 15:36
961
Kreml: Azərbaycan və Ermənistan liderləri Peterburqda danışıqlar aparmayıb
Azərbaycan və Ermənistan liderləri Peterburqda danışıqlar aparmayıb.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, liderlərin hamısının ayaqüstü qısa təmaslar üçün imkanı olub.
“Bakı ilə İrəvanın sülh müqaviləsini yekunlaşdırmağa doğru irəlilədiyini qeyd edirik. Ümid edirik ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini mümkün qədər tez bağlayacaq. Bakı ilə İrəvanın sülh müqaviləsinin bağlanması üçün siyasi iradəsinin mövcudluğunu görürük”, - deyə Kremlin sözçüsü vurğulayıb.