Daha bir sirli xəstəlik YAYILIR
27-12-2023, 15:58
945

Daha bir sirli xəstəlik YAYILIR

Bu yaxınlarda ABŞ-nin Vayominq ştatında ortaya çıxan “zombi maral xəstəliyi” mütəxəssislərin ciddi xəbərdarlıqlarına səbəb olub.
Yüzlərlə maralda aşkar edilən bu xəstəliklə bağlı araşdırmalar aparılıb.
Bu xəstəliyin əlamətləri nələrdir? 
"Zombi maral xəstəliyi" ilk dəfə 1967-ci ildə Koloradoda bir maralda aşkar edilib. Bu xəstəlik xroniki arıqlama xəstəliyi (CWD) kimi də tanınan prion xəstəliyidir. CWD mərkəzi sinir sistemini yoluxdurur və heyvanlarda aqressiv simptomlara və koordinasiya çatışmazlığına səbəb olur. "Zombi maral xəstəliyi"nin simptomları adətən xəstəliyin sonrakı mərhələlərində görünür.
Bildirilir ki, yoluxmuş heyvanlar zaman keçdikcə həddindən artıq arıqlayır, davranışlarında anormallıqlar müşahidə olunur. 

Xəstəlik ABŞ-nin Vayominq ştatında yaşayan 800 maralda görülüb. Alimlər bütün hökumətləri xəstəliyin yayılmasına qarşı hazır olmağa çağırır. Bu xəstəliyin mövcud yerləri Amerika, Avropa və Asiyada müxtəlif maral növlərini əhatə edir.
İndiyə qədər "zombi maral xəstəliyi"nin insanlara keçdiyinə dair heç bir dəlil yoxdur, lakin alimlər prion xəstəliklərinin təbiətinə görə çirklənmə və yayılma riskinə qarşı tədbir görməmək barədə xəbərdarlıq edirlər.

Oxşar xəbərlər