Ərdoğan: "Terror hücumları Türkiyənin inkişafının qarşısını ala bilməz"
27-12-2023, 16:04
1 032

Ərdoğan: "Terror hücumları Türkiyənin inkişafının qarşısını ala bilməz"

Terror hücumları Türkiyənin inkişafının qarşısını ala bilməz.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 27-də Ankarada TÜBİTAK və TÜBA elm mükafatlarının təqdimatı mərasimində çıxışı zamanı deyib.

"12 övladımız şəhid oldu. Allah hər birinə rəhmət eləsin. Amma cəmi 36 saatda 50-dən çox terrorçu məhv edildi. Şəhidlərimizin qanı yerdə qalmadı", - o bildirib.

Dövlət başçısı söyləyib ki, Türkiyə bu gün nəinki regional, həm də beynəlxalq aktordur: "Əlbəttə, bu, həm də elm və təhsil sahəsində əldə etdiyimiz uğurlarla bağlıdır".

Oxşar xəbərlər