Dünya
27-12-2023, 17:01
6 621
Ukraynalı nazir: "Bəzi sosial sahələrin maliyyələşdirilməməsi riski var"
Ukraynada bəzi sosial sahələrin kifayət qədər maliyyələşdirilməməsi riski böyükdür.
UNIAN xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) və ABŞ-nin maliyyə dəstəyi olmasa, Ukrayna müəllimlərin və dövlət qulluqçularının maaşlarını, həmçinin pensiyaları gecikdirməli olacaq: “Söhbət 500 min dövlət qulluqçusunun, 1,4 milyon müəllimin maaşlarının, həmçinin 10 milyon pensiyaçının pensiyalarının gecikdirilməsindən gedir”.