İbrahimin keçmiş arvadı: "Qızım atasının başqası ilə münasibəti olduğunu biləndə...
27-12-2023, 17:18
6 551

İbrahimin keçmiş arvadı: "Qızım atasının başqası ilə münasibəti olduğunu biləndə...

Məşhur müğənni İbrahim Tatlıesesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız yeni açıqlamaları ilə gündəmə gəlib.
Türkiyə KİV xəbər verir ki, Gökay Kalaycıoğlunun yutub layihəsinə qonaq olan Ayşegül İbrahimdən sonra heç kimlə eşq yaşamadığını bildirib. 
O, Tatlısesle ayrıldıqda küslü olmadığını, onunla dost qaldığını etiraf edib:
"Biz boşandıqdan sonra da görüşməyə davam etdik. Küslü qalmadıq. İbrahim Tatlısesin başqa qadınlarla münasibətləri məni maraqlandırmır. Onun xoşbəxt olmağını istəyirəm. Qızım atasının başqa bir qadınıla münasibəti olduğunu eşidəndə əsəbiləşdi, amma ona bunun normal hal olduğunu dedim.
İbrahim Tatlıses kimi adamdan sonra gedib mırın kırın edən biri ilə ailə qura bilmərəm. Səssiz qalaram. Güclü xarakterim var. Nəyisə zorla qəbul etmərəm. Məni yolumdan döndürə bilməzlər. İkiüzlülüyə və axmaq insanlara dözümümüm yoxdur".
Xatırladaq ki, İbrahimlə Ayşegül 2011-2013-cü illər aralığında evli olub. Onların bir qızı var. 

Oxşar xəbərlər