Dünya
27-12-2023, 18:14
6 469
Gürcüstan hava hücumundan müdafiə silahları alınmasına diqqəti artırıb
Gürcüstan yaxın illərdə hava hücumundan müdafiə baxımından regionun ən güclü dövlətlərindən birinə çevrilə bilər.
Bunu Gürcüstanın Müdafiə naziri Cuançer Burmuladze deyib. Onun sözlərinə görə, nazirliyin müdafiə departamenti
İspaniya, Polşa və İsveç şirkətləri ilə hava hücumundan müdafiə silahları alınmasına dair müqavilələr imzalayıb. Son iki-üç il ərzində bağlanan müqavilələrə əsasən ölkənin müdafiə qüvvələri mərhələli şəkildə həmin silahları qəbul edəcək. Müqavilələrin şərtlərinə görə, silah alınmasının əsas hissəsi 2025-ci ildə tamamlanacaq.
C.Burçuladze bildirib ki, bununla yanaşı, yerli istehsal da prioritet istiqamətlərdəndir: “Əgər biz zireh və dəbilqə istehsalında bir neçə il geridə idiksə, indi istehsalı 2-3 dəfə artırmışıq və artıq heç bir gecikməmiz yoxdur. Müdafiə Qüvvələrinin tələbatı bir il ərzində tam ödəniləcək”.
Nazir deyib ki, Gürcüstan Müdafiə Nazirliyinin ölkənin müdafiə qabiliyyətini artırmaq üçün satınalmaları sayəsində iki ildən sonra Tbilisi üzərində səma tamamilə qorunacaq. Paytaxt səmasının hər üç eşalonu, o cümlədən strateji obyektlər - aeroportlar, hərbi bazalar hava hücumundan müdafiə olunacaq.