2024-cü il qadınlar üçün uğurlu olacaq
28-12-2023, 14:56
1 024

2024-cü il qadınlar üçün uğurlu olacaq

COVID-19-u proqnozlaşdıran ekstrasens 2024-cü ildə "siyasi və sosial sarsıntı" və "qadınlar üçün uğur" olacağını bildirib.  
Britaniyalı ekstrasens Nikolas Ojula bu barədə yerli KİV-ə danışıb. 
"Düşünürəm ki, 2024-cü ildə çoxlu siyasi və sosial təlatümlər olacaq, lakin qadınlar üçün böyük irəliləyişlər olacaq... Mən Donald Trampın artan gücünü görürəm. Mənə elə gəlir ki, o, hətta yeni bir karyeraya sahib ola bilər və bu, böyük bir şey olacaq və ya o, növbəti prezident ola bilər".  
Nikolasın iqtisadiyyatın çöküşü ilə bağlı fikirlərini bölüşüb:
"Gələn il neft qiymətləri artacaq və dolların məzənnəsi zaman keçdikcə zəifləməyə davam edəcək, bu da yaşayış xərclərinin daha da artmasına səbəb olacaq”, - deyə Ojula ərzaq qıtlığını proqnozlaşdırıb.

Oxşar xəbərlər