Rusiya və İrandan dollarla bağlı vacib qərar
28-12-2023, 14:59
1 016

Rusiya və İrandan dollarla bağlı vacib qərar

İran və Rusiya aralarında əldə olunan razılaşma ilə artıq ticarətdə ABŞ dollarının istifadə olunmayacağını açıqlayıb.

İranın rəsmi agentliyi İRNA xəbər verir ki, dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma Rusiyada iki ölkənin mərkəzi banklarının prezidentləri arasında keçirilən görüşdə imzalanıb.

Bildirilib ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarda əməliyyatlar aparmaq üçün SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) başqa banklararası sistemlərdən də istifadə edə bilərlər.

Oxşar xəbərlər