Ukrayna ordusu yaralıları ön xətdən çıxarmaq üçün elektron xərəklərdən istifadə edəcək
28-12-2023, 15:47
1 053

Ukrayna ordusu yaralıları ön xətdən çıxarmaq üçün elektron xərəklərdən istifadə edəcək

Ukrayna ordusu yaralıları daşımaq üçün elektron xərəklərdən istifadə edəcək.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, statistikaya görə, yaralı əsgərlərin cəbhədən təxliyəsi zamanı itkilər iki dəfə artıb və itkiləri azaltmaq məqsədi ilə elektrik xərək istifadəyə verilib:
“Risksiz xilasetmə artıq mümkündür. Cəbhə statistikası göstərir ki, tibbi evakuasiya zamanı həlak olanların sayı iki dəfə arta bilər. Bununla belə, yerüstü pilotsuz nəqliyyat vasitələri artıq yaralıları döyüş meydanından çıxara bilir. Onlar çətin ərazini və buzları keçə və 200 kiloqrama qədər yük daşıya bilərlər”.







Oxşar xəbərlər