"NATO artıq Rusiyanın hücumuna hazırlaşmalıdır" - Alman general
28-12-2023, 16:54
6 641

"NATO artıq Rusiyanın hücumuna hazırlaşmalıdır" - Alman general

Şimal-Şərq alyansının çoxmillətli korpusunun alman komandiri, general-leytenant Yurgen-Yoahim fon Sandrart  bildirib ki, NATO artıq Rusiyanın hücumuna hazırlaşmalıdır.
O, bu barədə Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində deyib.
 Eyni zamanda, general-leytenant qeyd edib ki, Almaniya Mərkəzi Avropada ən böyük silahlı qüvvələrə malik olmasına baxmayaraq, ölkədə tank, sursat və digər texnika çatışmır. Almaniya hökuməti bu çatışmazlığı əlavə 100 milyard avro ilə həll etməyi planlaşdırır.
Həmçinin, fon Sandrarta görə, Rusiya Ukraynada xüsusi əməliyyatı başa çatdırdıqdan sonra yenidən silahlanmaya başlayacaq.

Oxşar xəbərlər