Zəlzələdən 324 gün sonra dağıntılar altında insan qalıqları tapıldı
28-12-2023, 16:56
6 644

Zəlzələdən 324 gün sonra dağıntılar altında insan qalıqları tapıldı

Bu il fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən 324 gün sonra, Hatay vilayətində dağıntılar altından insan qalıqları çıxarılıb. 
Bu barədə kişi qalıqları Defne mahalının Sümerlər məhəlləsində aşkar edilib. 
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində ard-arda iki güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölkədə 50500-dən çox, Suriyada 8500-ə yaxın insan həlak olub, on minlərlə insan yaralanıb.

Oxşar xəbərlər