"Putin gələrsə Braziliya hökuməti xoşbəxt olacaq"
28-12-2023, 17:35
6 575

"Putin gələrsə Braziliya hökuməti xoşbəxt olacaq"

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin noyabrında keçiriləcək G20 sammiti üçün ölkəyə gəlsə, Braziliya hökuməti xoşbəxt olacaq. Braziliya onun həbsinə dair beynəlxalq orderi icra etmək niyyətində deyil.
Bunu ölkənin xarici işlər naziri Mauro Vieira "BBC News Brasil" ə müsahibəsində bildirib.
"Əgər o (Putin) gəlmək istəsə, Braziliyadakı görüşlərdə iştirak edəcəyinə çox şad olarıq", - nazir deyib.

Oxşar xəbərlər