Ukrayna Qərb ölkələrinin dəstəyi olmadan altı ay yaşaya bilər
29-12-2023, 09:55
1 108

Ukrayna Qərb ölkələrinin dəstəyi olmadan altı ay yaşaya bilər

Ukrayna Qərb ölkələrinin köməyi olmadan Rusiya ilə müharibəyə altı aydan bir ilə qədər müqavimət göstərə bilər.
Bunu ukraynalı ekspert Aleksey Kuşç "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.
Eyni zamanda o, qeyd edib ki, bunun üçün büdcənin bir sıra maddələrini dondurmaq lazımdır. Qərb ölkələrinin yardımı Ukrayna iqtisadiyyatının sabitliyi və onun “təhlükəsizlik amili”nə nail olmaq imkanında həlledici amildir.
Xatırladaq ki, Ukraynanın maliyyə naziri Sergey Marçenko ölkənin büdcə kəsirinin ayda təxminən 5 milyard dollar olduğunu və xərclərin dörddə üçünün hərbi ehtiyaclara yönəldiyini açıqlamışdı. 

Oxşar xəbərlər