Bu ölkə "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxardı
29-12-2023, 10:10
1 296

Bu ölkə "Taliban"ı qadağan olunmuş təşkilatlar siyahısından çıxardı

Qazaxıstan hakimiyyəti "Taliban" hərəkatını ölkədə fəaliyyəti qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb. 
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
"Qazaxıstan mütəmadi olaraq respublikada qadağan olunmuş terror təşkilatlarının siyahısını yeniləyir. Bu prosesin bir hissəsi olaraq BMT praktikasına uyğun olaraq "Taliban" hərəkatının siyahıdan çıxarılması barədə qərar qəbul edilib", - deyə XİN-dən açıqlanıb. 

Oxşar xəbərlər