Dünya
29-12-2023, 10:35
1 621
Kiyev və Xarkovda güclü partlayışlar baş verib
Kiyevdə partlayışlar baş verib, hava hücumundan müdafiə sistemi işləyir.
TASS xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
"Kiyevdə partlayışlar… Sığınacaqlarda qalın!" – o, Telegram kanalında yazıb.
Daha sonra Kliçko yeni partlayışlar barədə məlumat verib və qeyd edib ki, şəhərdə “hava müdafiəsi intensiv işləyir”.
Kliçko həmçinin bildirib ki, Kiyevin Podolsk rayonunda anbarlar yanır. "Bütün xidmətlər yerindədir", deyə mer qeyd edib.
Xarkov meri İqor Terexov isə Telegram kanalında şəhərdə partlayışların "üçüncü dalğası"nın baş verdiyini açıqlayıb. Xarkovda azı 8 partlayış səsinin eşidildiyi bildirilir.
Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Dnepr (keçmiş Dnepropetrovsk), Odessa, Poltava və Xmelnitski vilayətlərində, eləcə də Zaporojye şəhərində partlayışların baş verdiyi bildirilir.