Kiyevdə yanğınlar baş verib, dağıntılar və xəsarət alanlar var - YENİLƏNİB
29-12-2023, 10:52
1 727

Kiyevdə yanğınlar baş verib, dağıntılar və xəsarət alanlar var - YENİLƏNİB

Rusiyanın Ukraynaya raket hücumu nəticəsində paytaxt Kiyevdə yanğınlar baş verib, dağıntılar və xəsarət alanlar var.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Serxi Popko "Telegram"da məlumat verib.

Onun sözlərinə görə, Kiyev şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, Podilski və Svyatoşinski rayonlarında dağıntılar olub. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Onların dəqiq sayı məlum deyil.

Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Kiyev meri Vitali Kliçko da məlumatı təsdiqləyib, Podilski rayonundakı anbarda yanğın baş verdiyini açıqlayıb.

09:54
Ukraynaya kütləvi raket hücumu həyata keçirilib.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, ölkənin bir çox vilayət və şəhərlərində, o cümlədən Kiyev şəhəri və vilayətində ard-arda partlayışlar olub.

Rusiya “Shahed” pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə Ukrayna ərazisini vurub.

Bütün ölkə ərazisində hava hücumundan müdafiə sistemləri işə düşüb.

Kütləvi hücumun nəticələri barədə hələ ki məlumat yoxdur.

Oxşar xəbərlər