Hindistan yaxın 5 ildə 50 peyk buraxacaq
29-12-2023, 11:39
1 683

Hindistan yaxın 5 ildə 50 peyk buraxacaq

Hindistan yaxın 5 ildə 50 peyk buraxacaq.

“The Economic Times” nəşri xəbər verir ki, bunu Hindistan Kosmik Tədqiqatlar Təşkilatının rəhbəri Sreedhara Paniker Somanat bildirib.

Onun sözlərinə əsasən, peyklərin köməyi ilə həm Hindistanın sərhədlərini, həm də qonşu regionları müşahidə etmək mümkün olacaq.

Orbitə buraxılması planlaşdırılan 50 peyk artıq konfiqurasiya edilib.

Qeyd edək ki, Hindistanın ilk peyki “Aryabhata” 1975-ci ilin 19 aprelində Sovet İttifaqı tərəfindən orbitə buraxılıb.

Oxşar xəbərlər