İmişlidə kanalda batması ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO
29-12-2023, 12:35
1 517

İmişlidə kanalda batması ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir.
Bu barədə FHN məlumat yayıb. Qeyd olunub ki, Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır.
Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatı davam etdirilir.


Oxşar xəbərlər