Kirkorov "Xalq artisti" titulundan məhrum edilə bilər
29-12-2023, 15:37
1 147

Kirkorov "Xalq artisti" titulundan məhrum edilə bilər

Aparıcı Nastya İvleevanın təşkil etdiyi çılpaq partiyə qatılması Rusiyanın Xalq artisti Filipp Kirkorovun başına bəla olub.

Axşam.az-ın məlumatına görə, Kirkorovun əxlaq normalarını pozduğuna görə "Xalq artisti" titulundan məhrum edilə bilər.

Rus mediasında yer alan xəbərlərə görə, buna səbəb peşə etikasının pozulmasıdır və bununla bağlı məsələ qaldırıla bilər. Vurğulanıb ki, fəxri ad mədəniyyət xadimlərində yaxşı oxuduqlarına görə deyil, yaradıcılığın insanların ruhunda əks-səda doğurduğuna görə verilir. İş Kirkorova bu adı verən dövlət orqanı tərəfindən məhkəməyə müraciət ediləcəyi təqdirdə qaldırıla bilər.

Qeyd edək ki, bundan əvvəl Kirkorov dekabrın 31-də premyerası olacaq "İvan Vasilyeviç hər şeyi dəyişir" komediyasının posterindən çıxarılıb. Reklam afişasında Leonid Qaydayın filminin remeykində "İmperator I Pyotr" rolunu oynayan sənətçinin əvəzinə hökmdar obrazında şoumen Pavel Volya yer alıb.

Həmçinin, Kirkorov üzr istəməsinə baxmayaraq Yeni il şoularından da uzaqlaşdırıb. Eyni zamanda, müğənninin adı "Taleyin özünə ironiyası" filminin aktyorları siyahısından çıxarılıb.

Oxşar xəbərlər