Ukraynanın müdafiə naziri kütləvi raket hücumlarının təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib
29-12-2023, 16:56
7 153

Ukraynanın müdafiə naziri kütləvi raket hücumlarının təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib

Ukraynanın müdafiə naziri Rustem Umerov Rusiyanın kütləvi raket hücumlarının təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

O, bu barədə feysbukda yazıb.

Nazir bildirib ki, Rusiyanın kifayət qədər raket ehtiyatı var: “Qarşı tərəf belə hücumları təkrarlaya bilər və təkrarlayacaq”.

Qeyd edək ki, bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Nəticədə 19 adam həlak olub.

Oxşar xəbərlər