Dünya
30-12-2023, 14:08
1 645
"Eurovision"un əvəzinə "İntervision" yaradıldı
“İntervision” musiqi müsabiqəsi 2024-cü ildə Sankt-Peterburqda keçiriləcək.
Rusiya mediası bildirir ki, yarışma “Eurovision” mahnı tədbirinin analoqu olacaq. Rusiya hakimiyyəti onun həyata keçirilməsi üçün 600 milyon rubl (təxminən 11 milyon 200 min manat) ayırıb, sərəncamı baş nazir Mixail Mişustin imzalayıb.
Pulun Mədəni İrsin Qorunması və Dəstəklənməsi, Milli və Dünya Mədəniyyətinin İnkişafı Fonduna yönəldiləcəyi deyilir.
Qeyd edək ki, ümumi musiqi müsabiqəsi EurasiaVision+ (InterVision) yaratmaq ideyası Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova tərəfindən irəli sürülüb.