Dünya
30-12-2023, 14:25
1 684
Cənubi Afrika İsrailə qarşı soyqırım iddiası irəli sürdü
Cənubi Afrika (CAR) Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlə İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərəkətlərini soyqırım aktı kimi təsnif etməyi xahiş edib.
CNN xəbər verir ki, CAR öz bəyanatında İsraili Soyqırım Konvensiyasından irəli gələn öhdəlikləri pozmaqda ittiham edir. BUndan başqa, İsrailin hərəkət və hərəkətsizliyinin Qəzza zolağında fələstinliləri məhv etmək məqsədi daşıdığı üçün soyqırım kimi təsnif edilə biləcəyini iddia edir.
İsrail Cənubi Afrikanın ittihamlarını rədd edərək, Xarici İşlər Nazirliyi vasitəsilə Cənubi Afrikanın "İsrail Dövlətini məhv etməyə çağırdığını və iddialarının heç bir faktiki və hüquqi əsası olmadığını" bildirib.