Ukrayna Rusiyanın mühüm hərbi hədəflərinə güclü zərbələr endirdi - Kiyevin qisası
30-12-2023, 14:39
1 647

Ukrayna Rusiyanın mühüm hərbi hədəflərinə güclü zərbələr endirdi - Kiyevin qisası

Şənbə günü, dekabrın 30-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının müxtəlif bölgələrində yerləşən Rusiya hərbi obyektlərinə birgə hücum həyata keçirib.

Liga.net-in Ukraynanın kəşfiyyat xidmətlərindəki mənbəyə istinadən, Ukrayna əsgərlərinin onlarla müxtəlif tipli pilotsuz uçan aparatlardan istifadə edərək düşmənin hərbi-sənaye kompleksinə "əhəmiyyətli” ziyan vurduğunu yazıb.


Onun sözlərinə görə, dronların hədəfi xüsusilə SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavodu, həmçinin döyüş raket sistemləri üçün elektron komponentlərin istehsal edildiyi Bryanskdakı Silicon El olub. Bundan əlavə, Moskva, Tver, Tula və Belqorodda yerləşən düşmənin hərbi infrastruktur obyektləri də hücuma məruz qalıb.

"Dronların bəzilərinin Rusiya hava hücumundan müdafiəsi tərəfindən vurulmasına baxmayaraq, "əhəmiyyətli” bir hissəsi hədəflərinə çatıb”, - deyə jurnalistlər qeyd ediblər.

Oxşar xəbərlər