Dünya
30-12-2023, 17:53
24 868
Rusiyanın Belqorod şəhəri atəşə tutulub, 6 nəfər ölüb, 24 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
Rusiyanın Belqorod şəhərinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində ölən və xəsarət alanların sayı artıb.
APA Rusiya mediasına istinadən xəbər verir ki, şəhərin atəşə tutulması nəticəsində 6 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Rusiyanın Belqorod şəhərinin mərkəzi Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Bildirilib ki, vilayət mərkəzinin atəşə tutulması nəticəsində ölənlər və yaralananlar var.
İndiyə olan məlumata görə, 4 ölü, 11 yaralı qeydə alınıb.
Polis əməkdaşları şəhərin mərkəzinə gedən yolları bağlayıb. Hadisə yerinə təcili yardım maşınları çağırılıb.
Belqorod vilayətinin Fövqəladə Hallar Nazirliyi Belqorod sakinlərinə evlərini tərk etmək və sığınacaqlara getmək xahişi ilə müraciət edib.
Sakinlərdən elektrik enerjisini, qazı və suyu bağlamaları, zəruri əşyaları özləri ilə götürmələri və yaxınlıqdakı sığınacaqlara köçmələri xahiş olunub.
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin Belqorod vilayəti ərazisi üzərində 13 raketi məhv etdiyini bildirib.