Yonhap: Cənubi Koreyada hücuma məruz qalan müxalifət lideri xəsarət alıb
2-01-2024, 10:44
1 414

Yonhap: Cənubi Koreyada hücuma məruz qalan müxalifət lideri xəsarət alıb

Koreya Respublikasının aparıcı müxalif Toburo Demokratik Partiyasının lideri Li Çje Myunq Pusana səfəri zamanı hücuma məruz qalıb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı boyun nahiyəsindən xəsarət alan müxalifət liderinə təcili tibbi yardım göstərilib və həyatı üçün təhlükə yoxdur.

Hücum edən şəxs saxlanılıb, hadisə barədə əlavə məlumat verilmir.

Koreya Respublikasının Prezidenti Yun Sok Yola müxalifətçinin səhhəti ilə bağlı narahatlığını bildirib. Onun sözlərinə görə, zorakılıq qəbuledilməzdir.

Oxşar xəbərlər