Gürcüstan ordusunun sayı müəyyənləşdi
2-01-2024, 11:47
1 728

Gürcüstan ordusunun sayı müəyyənləşdi

Gürcüstan parlamenti “2024-cü ildə Gürcüstanın Müdafiə Qüvvələrinin sayının müəyyən edilməsi haqqında” yeni qərar qəbul edib.
Qərarla Gürcüstan Müdafiə Qüvvələrində hərbi personalın hazırkı sayı müəyyən olunub.
Qəbul edilmiş qərara əsasən, ölkənin Müdafiə Qüvvələrinin sayı 37 min nəfərdən çox olmayacaq. Bu məhdudiyyət Gürcüstan Müdafiə Nazirliyinin hərbi qulluqçularına, ehtiyatda olanlara və müvəqqəti tam ştatlı işçilərinə şamil edilmir.
Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür. Bunlar icbari, müqaviləli, kadr və ehtiyatda olan kateqoriyalardır.

Oxşar xəbərlər