Ukrayna 1 milyon dron almağı düşünür
2-01-2024, 15:46
6 791

Ukrayna 1 milyon dron almağı düşünür

Ukrayna Müdafiə Nazirliyi FPV pilotsuz təyyarələrinin ilk partiyalarını sifariş edib.
“Ukrinform” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov yazıb.
Ümumən dövlət 2024-cü ildə ən azı bir milyon dron almağı planlaşdırır.
“İlk dəfə ordunun pilotsuz təyyarələrə tam real ehtiyacının dəqiq hesablanması və ümumiləşdirilməsi vacibdir. Biz səmərəli maddi-texniki təchizat, alış xərclərini azaltmaq və kifayət qədər sayda döyüş hissələri istehsal etmək üzərində işləyirik”, - deyə Umerov yazıb.

Oxşar xəbərlər