Yaponiyada yanan təyyarədə 5 ekipaj üzvü ölüb
2-01-2024, 16:06
6 713

Yaponiyada yanan təyyarədə 5 ekipaj üzvü ölüb

Tokioda yanan təyyarənin ekipaj üzvlərindən 5 nəfər ölüb.
Bu barədə yerli “NHK World-Japan” kanalı məlumat yayıb.
Qeyd edək ki, təyyarədə 6 nəfər ekipaj üzvü olub.
***
14.39
Tokio hava limanında toqquşma nəticəsində təyyarədə baş vermiş yanğın davam edir.
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
***
13.57
Tokioda göyərtəsində 379 nəfər sərnişinin olduğu deyilən təyyarə alovlanıb.
Bu barədə yerli “NHK World-Japan” kanalı məlumat yayıb.
Bildirilib ki, Tokio hava limanına eniş edən təyyarənin alovlanmasına səbəb digər təyyarə ilə toqquşması olub.
Yanan təyyarənin göyərtəsindəki bütün sərnişinlər və ekipaj üzvləri 90 saniyə ərzində təxliyə edilib.
Yaponiyada yanan təyyarədə 5 ekipaj üzvü ölüb - VİDEO  - YENİLƏNİB

Oxşar xəbərlər