Rusiya qırıcısı səhvən öz ərazilərini bombaladı
2-01-2024, 16:23
6 671

Rusiya qırıcısı səhvən öz ərazilərini bombaladı

Rusiyanın hərbi təyyarəsi səhvən Voronej vilayətini bombalayıb. 
Ostroqojski rayonunun Petropavlovka kəndi üzərində uçuş edən qırıcın raketlərini buraxıb. 
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin yaşayış məntəqəsi üzərində uçuşu zamanı təyyarə sursatının anormal boşalması baş verib: "Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda hadisə ilə bağlı araşdırma aparılır".
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, tələfat olmasa da, azı 7 ailənin evi dağılıb. 



Oxşar xəbərlər