Dünya
2-01-2024, 16:28
6 649
Rusiyada Yeni il gecəsi onlarla miqrant saxlanıldı: azyaşlıları da apardılar
Yeni il ərəfəsində Moskva və Sankt-Peterburqda miqrantlar kütləvi şəkildə saxlanılıb.
Rusiya mediası bildirir ki, ölkənin paytaxtında əcnəbi vətəndaşlar məlumat bazasında hüquqpozmaların axtarışı adı ilə saxlanılıb. Neçə nəfərin hüquq-mühafizə orqanları əməkdaşlarının diqqət obyektinə çevrildiyi açıqlanmır.
Sankt-Peterburqda yanvarın 1-nə keçən gecə ən kütləvi həbslər metronun “Qostiniy dvor” stansiyasının yaxınlığında baş verib. Burada azyaşlılar da daxil olmaqla azı 50 nəfər avtobuslara mindirilib. Reydlər də Admiralteyskaya yaxınlığında, lakin daha kiçik miqyasda keçirilib.