Litva belarusların ölkəyə daxil olan axınını məhdudlaşdırmaq niyyətindədir
2-01-2024, 18:02
6 489

Litva belarusların ölkəyə daxil olan axınını məhdudlaşdırmaq niyyətindədir

Rəsmi Vilnüs qonşu Belarus vətəndaşlarının Litvaya daxil olmasını məhdudlaşdırmaq üçün tədbirlər görməyi planlaşdırır.

TASS xəbər verir ki, bu barədə Litvanın Baş naziri İnqrida Şimonte deyib.

“Mənə elə gəlir ki, Belarusla münasibətlərimizin səviyyəsini nəzərə alsaq, belə bir vətəndaş axını tamamilə əsassızdır, baxmayaraq ki, əks fikirlər də səsləndirilir”, - o bildirib.

İ.Şimonte vurğulayıb ki, Litvadakı Belarus müxalifətinin nümayəndələri ora daxil olmaq üçün şərtlərin sadələşdirilməsini istəyirlər: “Riskləri idarə etmək zərurəti haqqında danışırıq, axınları azaltmaq üçün iki keçid məntəqəsi bağlanıb”.

Oxşar xəbərlər