Dünya
3-01-2024, 12:19
1 296
Ukrayna Rusiyanın Belqorod vilayətinə zərbə endirib, 1 nəfər ölüb, 12 nəfər yaralanıb
Ukrayna ordusunun Rusiyanın Belqorod vilayətinə ötən gün endirdiyi zərbə nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram”da yazıb.
Qeyd olunub ki, ölən şəxs avtomobildə hərəkətdə olarkən yanında mərmi partlayıb və qəlpə yaralarından yerindəcə keçinib.
Belqorod şəhərində 64 fərdi təsərrüfat, 7 mənzil, 6 çoxmənzilli yaşayış binası, 7 ticarət obyekti, bir qarajda dağıntı qeydə alınıb, 44 avtomobilə ziyan dəyib.