Ermənistan MN ölkənin bu il KTMT təlimlərində iştirakı məsələsinə münasibət bildirib
3-01-2024, 13:33
1 207

Ermənistan MN ölkənin bu il KTMT təlimlərində iştirakı məsələsinə münasibət bildirib

Ermənistan Müdafiə Nazirliyi ölkənin bu il keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təlimlərində iştirakı məsələsinə münasibət bildirib.

Bu barədə “Sputnik Armenia” yazıb.

Qeyd olunub ki, KTMT-nin Qırğızıstandakı Kollektiv Çevik Reaksiya Qüvvələri və KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin iştirakı ilə təlimlərin keçirilməsi planlaşdırılır.

Nazirlik bildirib ki, KTMT-nin təlimlərində iştirak məsələsi Təşkilatın hər bir üzvü tərəfindən təlimlərin elan edilməsi mərhələsində həll olunur.

Xatırladaq ki, ötən ilin noyabrında Təşkilatın o zamankı Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bu il təlimlərin Qazaxıstan və Qırğızıstanda keçiriləcəyini açıqlamışdı.

Ermənistan ötən ilin 9-13 oktyabrında Qırğızıstanda keçirilən KTMT-nin “Sarsılmaz qardaşlıq” hərbi təlimlərində iştirakdan imtina edib. Ölkə rəhbərliyi də Təşkilatın iclaslarında iştirak etməyib.

Oxşar xəbərlər