İsveçdə son 25 ilin ən soyuq gecəsi qeydə alınıb
3-01-2024, 18:25
6 623

İsveçdə son 25 ilin ən soyuq gecəsi qeydə alınıb

İsveçin şimalındakı Norrbotten bölgəsində temperatur mənfi 43,6 dərəcə olub.

TASS xəbər verir ki, bu, İsveçdə son 25 ildə yanvarda qeydə alınan ən aşağı temperaturdur.

"Bu, 1888-ci ildə ölçmələr başlayandan bəri ən aşağı temperaturdur", - meteoroloq Viktor Berqman SVT televiziyasına müsahibəsində deyib.

Qeyd edilib ki, soyuq hava ilə əlaqədar krallığın şimalındakı bir neçə yerdə qatar və avtobus marşrutları ləğv edilib.

Oxşar xəbərlər