Qazaxıstanda güclü partlayış - Ölən və yaralılar var
4-01-2024, 10:18
1 660

Qazaxıstanda güclü partlayış - Ölən və yaralılar var

Qazaxıstanın Uralsk şəhərindəki binalardan birində güclü qaz partlayışı baş verib. 
Xarici KİV xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. 
Qərbi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin məlumatına görə, dağılmış tikililərin altında daha çox insan ola bilər. Hadisə yerində ümumilikdə 110-dan çox insan və 30 texnika işləyir.

Oxşar xəbərlər