Qazaxıstanda Rusiya telekanallarının yayımının dayandırılma səbəbi açıqlanıb
4-01-2024, 12:45
1 976

Qazaxıstanda Rusiya telekanallarının yayımının dayandırılma səbəbi açıqlanıb

Qazaxıstanda Rusiya telekanallarının yayımının dayandırılma səbəbi açıqlanıb.

TASS xəbər verir ki, bu barədə “Birinci kanal ümumdünya şəbəkəsi” Səhmdar Cəmiyyətinin rəsmi nümayəndəsi İrina Kalaşnikova danışıb.

Onun sözlərinə görə, tərəflər 2024-cü ildə yayım müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılıq əldə edə bilməyiblər. İrina Kalaşnikova bildirib ki, Rusiya telekanalları borclarını ödəməyənədək yayımlanmayacaq: “Biz bu barədə ilboyu xəbərdarlıq etmişik”.

Qeyd edək ki, Qazaxıstanda Rusiyaya məxsus “SNQ Birinci kanal”, “Poyexali”, “Zaman: Uzaq və yaxın”, “Kino evi”, “Telekafe”, Premium kino evi“, “Birincinin musiqisi”, “Qələbə”, “Karusel“, “Bober” və “O” adlı telekanalların yayımı dayandırılıb.

Oxşar xəbərlər