80 yaşlı qadın dağıntılar altından sağ çıxarıldı
4-01-2024, 18:00
6 604

80 yaşlı qadın dağıntılar altından sağ çıxarıldı

Yaponiyada zəlzələdən 72 saat sonra yaşlı qadın dağıntılar altından xilas edilib.
Qadının yaşının 80-dən yuxarı olduğu təxmin edilir. 
Bundan əvvəl həmin ərazidə təxminən eyni yaşda olan kişi dağıntılar altından sağ çıxarılmışdı. 
Xilasedicilər, polis və hərbçilər axtarış-xilasetmə əməliyyatını davam etdirirlər. 80-ə yaxın adam hələ də itkin düşmüş hesab olunur.

Oxşar xəbərlər