Ərəblər ulduz futbolçulara "Ferrari", "Bugatti", "Lamborghini" payladı
4-01-2024, 18:40
6 687

Ərəblər ulduz futbolçulara "Ferrari", "Bugatti", "Lamborghini" payladı

Pro Liqa rəhbərliyi yeni il üçün Səudiyyə Ərəbistanı çempionatının ulduzlarına bahalı hədiyyələr təqdim etmək qərarına gəlib.
Xarici media bildirir ki, liqa rəsmiləri ulduz futbolçuları unikal adlandırıblar:
“Bizim ən yaxşı ulduzlarımız var və onlar nadir şeylərə layiqdirlər. Biz onlara göstərmək istəyirik ki, onlar öz xüsusiyyətlərinə görə, unikal hesab olunurlar”.
Səudiyyə Peşəkar Liqası “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo, “Əl-İttihad”ın hücumçusu Kərim Benzema, onun komanda yoldaşı Nqolo Kante, “Əl Əhli”nin yarımmüdafiəçisi Riyad Mahrez və digər oyunçulara “Ferrari SF90 Spider”, “Bugatti”, “Lamborghini” avtomobilləri, eləcə də ondan baha qiymətə, 340.000 avro dəyərində olan saatlar verəcək.

Oxşar xəbərlər