Almaniya Ukraynaya 10 zirehli texnika və döyüş sursatları göndərib
5-01-2024, 10:28
1 902

Almaniya Ukraynaya 10 zirehli texnika və döyüş sursatları göndərib

Almaniya Ukraynaya 10 ədəd “Marder” zirehli döyüş texnikası və “Leopard-2” tankları üçün döyüş sursatları göndərib.
“Kommersant” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Almaniyadan gələn yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatları daxildir.
Qeyd edək ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə isə bu yardım 2 milyard avro təşkil edib.

Oxşar xəbərlər