“Vaqner”çi qırğıza 5 il həbs cəzası verildi
5-01-2024, 12:17
8 920

“Vaqner”çi qırğıza 5 il həbs cəzası verildi

Qırğızıstanda "Vaqner" muzdlularına daxil olmuş ölkə vətəndaşına 5 il həbs cəzası verilib. 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, 27 yaşlı Qırğızıstan vətəndaşı Beknazar Börüqul Ukraynada müharibədə iştirak etməkdə təqsirli bilinib.
O, 2023-cü ilin avqustunda Qırğızıstana qayıtdıqdan 3 həftə sonra saxlanılıb. Ölkənin cinayət məcəlləsində “Qırğızıstan Respublikası vətəndaşının xarici dövlətin ərazisində silahlı münaqişələrdə və ya hərbi əməliyyatlarda iştirakı və ya terror aktı törətmək üçün hazırlıq keçməsi” maddəsi var.
İstintaqın məlumatına görə, Beknazar Börüqul "Vaqner"in bir sıra medalları, o cümlədən Baxmutun tutulmasına görə, habelə Rusiyanın "İgidliyə görə" medalı ilə təltif edilib.
Ukraynada hərbi əməliyyatlarda iştirakla bağlı Qırğızıstanda ikinci dəfədir ki, cinayət işi açılır. 

Oxşar xəbərlər