Qazaxıstan iki böyük qaz yatağının istismara verilməsini planlaşdırır
5-01-2024, 15:10
9 182

Qazaxıstan iki böyük qaz yatağının istismara verilməsini planlaşdırır

Qazaxıstanın milli neft-qaz şirkəti “KazMunayQaz” 2027-ci ilə qədər “Qərbi Prorva” və “Kalamkas” qaz yataqlarını istismara vermək niyyətindədir, bu yataqlardan ildə 1,1 milyard kubmetr "mavi yanacaq" hasil ediləcək.
Xarici KİV xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Məlumata görə, bununla bağlı beynəlxalq şirkətlərlə birlikdə ümumilikdə 12 perspektivli geoloji kəşfiyyat layihəsi hazırlanır.
Bundan əlavə, Qazaxıstan şirkəti yaxın 3-4 il ərzində “Mərkəzi Uriktau” qaz yatağını istismara verməyi planlaşdırır. Bu yataqdan isə illik hasilat təxminən 1 milyard kubmetr təşkil edəcək.
Ötən il şirkət “Aksay Cənub”, “Şərqi Uriktau” və “Rojkovskoye” yataqlarının istismarına başlayıb. Yeni strategiyaya görə, “Tengiz”, “Karaçaqanak” və “Kaşaqan” kimi iri layihələr istisna olmaqla, 2030-cu ilə qədər digər yatarlardan illik hasilat 6,7 milyard kubmetrə çatdırılacaq.

Oxşar xəbərlər