Dünya
6-01-2024, 10:21
2 434
Boliviya tarixində ilk: 526 milyonluq narkotik müsadirə edildi
Boliviyanın hüquq-mühafizə orqanları 8,7 ton kokaini müsadirə edib.
Bu barədə Boliviya Prezidenti Luis Arse “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Biz Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik”, – deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, bu, Boliviya tarixində ən böyük narkotik müsadirəsidir. Belə ki, ələ keçirilən narkotikin dəyəri 526 milyon dollar qiymətləndirilir.