Britaniyanın müdafiə naziri: “Husilərin genişmiqyaslı hücumunun qarşısını almışıq”
10-01-2024, 13:53
1 399

Britaniyanın müdafiə naziri: “Husilərin genişmiqyaslı hücumunun qarşısını almışıq”

Böyük Britaniyanın “HMS Diamond” esminesi ABŞ gəmiləri ilə birlikdə Qırmızı dənizdə husilərin indiyədək ən böyük hücumunun qarşısını alıb.
“İnterfaks” xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps sosial şəbəkələrdə məlumat verib.
“HMS Diamond” esminesi “Viper” raketləri və topları ilə bir neçə pilotsuz uçuş aparatını məhv edib”, - o bildirib.
“Sky News” mənbələrə istinadən məlumat verib ki, Britaniya gəmisi 7 PUA zərərsizləşdirib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı ABŞ və Britaniya donanmasının Yəmən husilərinin Qırmızı dənizin cənubuna atdığı 18 PUA və 3 raketi zərərsizləşdirdiyini bildirmişdi.

Oxşar xəbərlər