Polşalı keçmiş nazir həbsxanada aclıq aksiyasına başlayıb
10-01-2024, 17:27
6 643

Polşalı keçmiş nazir həbsxanada aclıq aksiyasına başlayıb

Həbs olunan Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski “siyasi məhbus” kimi aclıq aksiyasına başladığını bildirib.
Polşa mətbuatı xəbər verir ki, bu barədə Baş nazirin ofisi qarşısında keçirdiyi mətbuat konfransında Kaminskinin adından onun keçmiş müavini Blazej Pobozy tərəfindən oxunan bəyanatda bildirilib.
"Mən öz məhkumluğuma siyasi qisas aktı kimi yanaşdığımı bildirirəm. Siyasi məhbus kimi həbs olunduğum ilk gündən aclıq aksiyasına başlamışam” o bildirib.
Qeyd edək ki Polşanın keçmiş daxili işlər naziri Mariuş Kaminski prezident sarayında polis tərəfindən saxlanılıb və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunub. Polis yanvarın 9-da Kaminski və onun digər keçmiş müavini Maşej Vasiki saxlamaq üçün Polşanın prezident sarayına daxil olub. İki siyasətçi dünən səhər saatlarında orada keçirilən mərasimə qatıldıqdan sonra sarayda qalıblar.

Oxşar xəbərlər