Rusiyanın Voronej və Volqoqrad vilayətlərində PUA-lar vurulub - YENİLƏNİB
10-01-2024, 17:36
6 622

Rusiyanın Voronej və Volqoqrad vilayətlərində PUA-lar vurulub - YENİLƏNİB

Rusiyanın Volqoqrad vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı vurulub.
Bu barədə vilayət qubernatoru Andrey Boçarov bildirib.
Onun sözlərinə görə, PUA Volqoqrad vilayəti səmasında vurulub, insan tələfatı olmayıb və infrastruktura ziyan dəyməyib.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Voronej vilayəti üzərində Ukrayna PUA-nın vurulması barədə məlumat yayıb.
***
17:05
Rusiyanın Voronej vilayətinə PUA hücumu olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Moskva vaxtı ilə saat 14:30 radələrində Ukraynanın Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb.
"Növbətçi hava hücumundan müdafiə sistemləri Voronej vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", deyə məlumatda qeyd olunub.


Oxşar xəbərlər