ABŞ Ukraynaya hərbi yardımı dayandırdı
12-01-2024, 09:47
853

ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü dayandırıb.
Səbəb bu cür proqramlar üçün büdcə vəsaitinin olmaması olub.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.
"Bəli. Biz mövcud ehtiyatlar hesabına sonuncu paketi verdik, bunun üçün maliyyə vəsaitimiz var idi”, - Ağ Evin nümayəndəsi Vaşinqtonun Kiyevə silah tədarükü məsələsini şərh edərkən bildirib.

Oxşar xəbərlər