Təyyarədə doğulan uşağa sərnişinlər "cehiz" topladılar - FOTO
12-01-2024, 12:05
1 303

Təyyarədə doğulan uşağa sərnişinlər "cehiz" topladılar - FOTO

Təyyarə havada olarkən sancısı tutan qadın uşaq dünyaya gətirib. Hadisə Rusiyadan Tacikistana yollanan hava gəmisində baş verib.
Qadının bəxti gətirib - təyyarənin göyərtəsində hazırda stüardessa olan keçmiş feldşer və tibb bacısı işləyən sərnişin olub. Onlar doğuşu qəbul ediblər və vəziyyəti hava gəmisinin kapitanına bildiriblər.
Doğuş fəsadsız keçdiyi üçün təcili enişə ehtiyac qalmayıb.
"Düşənbə hava limanına çatdıqdan sonra ana və körpəni təcili yardıma təhvil verdik", - deyə baş stüardessa bildirib.
Maraqlıdır ki, sərnişinlər yeni doğulan körpə üçün birbaşa təyyarədə 55 min rubl (1 000 manat) və üç min somoni (460 manat) "cehiz" toplayıblar.
Təyyarədə doğulan uşağa sərnişinlər "cehiz" topladılar - FOTOTəyyarədə doğulan uşağa sərnişinlər "cehiz" topladılar - FOTO

Oxşar xəbərlər