Zelenski cəbhədə hücum üçün şərtlərini AÇIQLADI
12-01-2024, 12:07
1 333

Zelenski cəbhədə hücum üçün şərtlərini AÇIQLADI

Ukrayna Silahlı Qüvvələrinin hücumu Rusiya ordusunun havada üstünlüyü ilə əngəllənir, uğurlu əks-hücum üçün ordumuza daha çox hava hücumundan müdafiə vasitələri və səma üzərində nəzarət lazımdır.
Bu şərtləri Ukrayna Prezidenti Volodimir Zelenski Riqada Baltikyanı KİV nümayəndələri ilə söhbəti zamanı bildirib.
“Cəbhədə vəziyyət ağırdır, silahlarımız çatışmır. Biz bunu sınadıq və işləyir. Onları göydə sıxışdırsan, irəli gedirsən. Ukrayna üçün böyük irəliləyiş yoxdur, çünki onlar səmaya nəzarət edirlər”, - deyə Ukrayna lideri qeyd edib.
O əlavə edib ki, kifayət qədər sayda hava hücumundan müdafiə sistemlərinin olmaması Ukrayna Silahlı Qüvvələrinin hava üstünlüyünə nail olmasına mane olur.
Zelenski çıxışı zamanı həmçinin bildirib ki, Silahlı Qüvvələrdəki şəxsi heyət arasında itkilər barədə məlumat verə bilməz.

Oxşar xəbərlər