Yəməndə husilərin hərbi hədəflərinə hava zərbələr endirilib
12-01-2024, 12:17
1 306

Yəməndə husilərin hərbi hədəflərinə hava zərbələr endirilib

Böyük Britaniya və ABŞ aviasiyası Yəməndə husilərin hərbi obyektlərinə hava zərbələri endirib.

Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

“Kral Hərbi Hava Qüvvələri Yəməndə husilərin istifadə etdiyi hərbi obyektlərə aviasiya hücumu həyata keçirib”, - deyə Rişi Sunak bildirib. Onun sözlərinə görə, zərbələr Qırmızı dənizdə kommersiya gəmiçiliyinə təhdid yaradan və sabitliyi pozan hücumlara cavabdır.

“Britaniya donanması çoxmillətli “Prosperity Guardian” əməliyyatı çərçivəsində Qırmızı dənizdə patrul xidmətini davam etdirir”, - deyə Böyük Britaniyanın Baş naziri əlavə edib.

Oxşar xəbərlər