Şri-Lanka da Qırmızı dənizdə hərbi əməliyyatlara qoşulur
12-01-2024, 12:44
1 271

Şri-Lanka da Qırmızı dənizdə hərbi əməliyyatlara qoşulur

Şri-Lanka ticarət gəmilərini Qırmızı dənizdə husilərin hücumlarından qorumaq üçün ABŞ-nin rəhbərlik etdiyi əməliyyatlara qoşulur.
TASS xəbər verir ki, bunu Şri-Lankanın dövlət başçısı Ranil Vikramasinqh Kolomboda Yaxın Şərq ölkələrinin səfirləri ilə görüşündə deyib.
“Şri-Lankanın Qırmızı dənizdəki gəmiləri husilərin hücumlarından qorumaq səylərinə qoşulması heç bir ölkə ilə hərbi ittifaq təşkil etmir, ancaq naviqasiya azadlığını təmin etməyə yönəlmiş bir addımdır”, - o bilidirib.
Dövlət başçısı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının qlobal ticarətə mənfi təsir etdiyini və bunun qlobal bazarda qiymətlərin artmasına səbəb olduğunu söyləyib: “Bunun nəticələri Şri-Lankaya da təsir edəcək”.
Onun sözlərinə görə, Şri-Lanka İsrail və HƏMAS arasındakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Oxşar xəbərlər